Tribuna İnformasiya Agentliyi

Salah “Real”la final oyunu barədə danışdı

04 May

“Liverpul”un aparıcı üzvü Məhəmməd Salah Çempionlar Liqasının finalı haqda danışıb

TİA.AZ  goal.az-a istinadən xəbər verir ki, misirli futbolçu finalı Salah-Ronaldo qarşıdurması adlandıranlarla razılaşmayıb:
“Əla komandada çıxış edirəm. Heyətimizdə çox yaxşı futbolçular var. Biz kollektiv şəkildə finala yüksəlmişik. Ona görə də bu, finaldır, Salahla Ronaldonun qarşıdurması yox. Anlayın, mən təklikdə qələbə qazana bilmərəm. Futbol komanda oyunudur. Əgər biz qol vururuqsa, deməli, bunda bütün kollektivin rolu var. Yox, rəqib fərqlənirsə, hamımız günahkarıq”.