Tribuna İnformasiya Agentliyi

Salah “Real”a keçməyə razılıq verdi – iddia

09 May

“Real” Məhəmməd Salahın transferi üçün “Liverpul”la razılığa gəlib.

Qol.az-ın məlumatına görə, bu barədə “Don Balon” nəşri yazıb. Bildirilib ki, 25 yaşlı hücumçu üçün Madrid klubu 175 milyon funt sterlinq ödəyəcək. M.Salahın “Real”ın prezidenti Florentino Peresə “Kral klubu”na keçməyə söz verdiyi vurğulanıb.

Qeyd edək ki, M.Salah bu mövsüm 50 matçda 43 qol vurub, 15 qolun ötürməsini verib.