“Şakrak” xarakteri, kitabları və oyunları dünyaya yayılır-VİDEObackend

“Şakrak” xarakteri, kitabları və oyunları dünyaya yayılır-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəli yazıçı Yazıçı Ayşe Gül Kara Zorlu deyir ki, 6 il ərzində onlar məktəbdən məktəbə, şəhərdən şəhərə qarışqa kimi gəziblər :“İndi ölkə-ölkə deyəcəyik, o yolla da gedirik. Bu, hədəflərimizdən biridir. Biz kənddə və yaylada hər bir uşağa  “Şakrak” obrazını çatdırmağa çalışırıq”.
Fərqli mediada uşaqlar üçün bir çox layihə hazırlayan və hər kitabında fərqli mövzulardan bəhs edən yazar Ayşe Gül Kara Zorlu “Şakrak” obrazı ilə dünya səyahətinə hazırlaşır.
“Şakrak” obrazının missiyası olan yaxşılıq mesajını yaymaq üçün hekayələrlə müxtəlif ölkələrə getməyə hazırlaşan Zorlu AA müxbirinə yerli və milli kitab qəhrəmanı Şakrakın keçdiyi yoldan danışıb.
Tia.az bildirir ki, o bu yola ,maarifləndirmə üçün atılan addımlara 2015-ci ildə başlayıb.

Zorlu uşaqların daha çox valideyinlərin israrı ilə kitab oxuduqları nəticəsinə gəlib və Türkiyədə uşaqların kitab oxumasında ciddi problem olduğunu gördüyünü deyir.
“Uşaqlar Şakrakı görəndə ekranı deyil, kitabları xatırlasınlar”,- Zorlu bildirir.