Şakirinin futbol ayaqqabısı siyasi qalmaqal yaradıbbackend

Şakirinin futbol ayaqqabısı siyasi qalmaqal yaradıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“AzPolitika.info” Rusiya mətbuatına istinadla bildirir ki, DÇ-2018-də İsveçrə yığması ilə Serbiya millisi arasında keçirilən oyun öncəsi siyasi qalmaqal yaşanıb

Qalmaqalın səbəbkarı isə isveçrəlilərin yarımmüdafiəçisi Xerdan Şakiri olub. Oyun ərzində serblərin başına sözün əsl mənasında oyun açan bu futbolçu, oyun öncəsi də onların hiddətinə və narazılığına səbəb olan addım atıb.
Kosovadan mühacirət edərək, İsveçrədə məskunlaşan alban ailəsində doğulan futbolçu Serbiya ilə oyuna ayağında Kosovanın bayrağı əks olunan futbol butsilərində çıxıbmış. Əvvəlcədən bundan xəbər tutan Serbiya Futbol Federasiyasının baş katibi Yovan Şurbatoviç məsələ ilə bağlı FİFA rəhbərliyinə rəsmi müraciət edib. Lakin FİFA serblərin tələbini rədd edib: “Oyundan əvvəl FİFA-ya müraciət etdik ki, Şakirinin Kosovo bayrağı olan butsilərlə oyuna çıxmasına icazə verilməsin. Ancaq bizə bildirdilər ki, onun bu hərəkətində siyasi jest yoxdur”.
Alban əsilli Şakirinin Kosovo bayraqlı butsilərlə meydana çıxaraq, qələbə qolunu vurması və oyunun qəhrəmanına çevrilməsi isə serblərin ikiqat hiddətinə səbəb olub. Onu da qeyd edək ki, Serbiya Futbol Federasiyası Şakiri ilə bərabər sözügedən oyunun almaniyalı hakimi Feliks Brixdən də şikayətçidirlər və oyunun idarə edilməsilə bağlı FİFA-ya rəsmi etiraz göndəriblər.
Xatırladaq ki, Serbiya hökuməti Kosovanın müstəqilliyini tanımır və serblərlə kosovalılar arasında uzun illərdir çoxlu sayda insan tələfatı ilə müşaiyət olunan münaqişə mövcuddur.