Şakira 8 il müddətinə həbs edilə bilərbackend

Şakira 8 il müddətinə həbs edilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur müğənni Şakira altı vergi cinayətində şübhəli bilinərək İspaniyada mühakimə olunacaq.

TİA.AZ xəbər verir ki, bu barədə Kataloniya Ali Məhkəməsindən məlumat verilib.

Məlumata görə, Şakira 2012-2014-cü illərdə vergidən yayınma ilə bağlı cinayətlərdə şübhəli bilinir.

İspaniya prokurorluğu Şakiranın 8 il 2 ay müddətinə azadlıqdan məhrum edilməsini, həmçinin vergiləri ödəmədiyi üçün müğənnidən 23 milyon avro məbləğində cərimə tələb edir.