Şakir Eyyubovun Xətai sakinləri ilə izdihamlı görüşü keçirilibbackend

Şakir Eyyubovun Xətai sakinləri ilə izdihamlı görüşü keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

(R)35 saylı üçüncü Xətai Seçki dairəsindən deputatlığa namizəd Şakir Eyyubovun seçicilərlə ilk görüşü keçirilib. Namizədin seçki qərargahında baş tutan görüşdə 100-dən artıq Xətai sakini iştirak edib.

Deputatlığa namizəd Şakir Eyyubov çıxış edərək bildirib ki, ölkədə həyata keçirilən islahatlardan sonra namizədliyini irəli sürmək qərarına gəlib: “Düşündüm ki, niyə də yox?! Biz seçkilərə bu şüarla qatıldıq: 5 ildən bir yox, 5 il BİRLİKdə. Mən bu dairənin ərazisində yaşayıram. Seçicilərin çoxu məni şəxsən tanıyır. Təklif edirəm ki, bu dəfə öz aramızdan olanı seçək və inanıram ki, qələbə qazansaq Xətai üçün çox böyük işlər görə biləcəyik”.

Çıxış edən dairənin sakinləri bildirib ki, Ş.Eyyubovu xeyriyyəçi insan kimi tanıyırlar: “Şakir Eyyubov Köhnə Günəşli qəsəbəsinin ərazisində zibilliyi abadlaşdırıb, yerində futbol stadionu tikib. Bu stadionda ehtiyacı olan yeniyetmələrə təmənnasız məşqlər keçirilir”.

Daha sonra Şakir Eyyubovun Seçki Qərargahının üzvləri seçilib və hər məntəqə üzrə müşahidəçilər və məsul şəxslər müəyyən edilib.