Şair Baba Pünhanın doğum günüdürbackend

Şair Baba Pünhanın doğum günüdür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şair Baba Pünhanın doğum günüdür.
SalamNews–un məlumatına görə, Atababa Mədətzadə (Baba Pünhan) 1948-ci il noyabr ayının 5-də Bakı şəhərində (Kürdəxanı qəsəbəsi) dünyaya göz açıb. 1955-ci ildə Məhəmməd Əmin Rəsulzadə qəsəbəsindəki 99 saylı məktəbin birinci sinfinə gedib. Bakı Metropolitenində mexanik işləyib. Metroda işlədiyi ilk vaxtlarda “Metro” qəzetində kiçik həcmli şeirləri və qəzəlləri çap olunub.
İlk qəzəlini isə 13-14 yaşında ikən yazıb. Yaradıcılığa lirik qəzəllərlə başlayıb, nəzm formasında bir neçə poema, sərbəst şeir, məhəbbət ruhlu qəzəllər yazıb, yaradıb.
1990-cı illərdə lirikaya satirik ruh gətirməklə satirik şair adını almaq əzmini qazanıb. Dövründə baş vermiş haqsızlıqlara qarşı öz mübariz qəzəlləriylə üsyan edib. 2 il müddətində “Zarafat” qəzetində çalışıb. Sonralar şeirləri “Tək səbir”, “525-ci qəzet”, “İmpuls”, “Oxu məni”, “Yeddi gün”, “Azadlıq”, “Şəhriyar”, “Bakı Xəbər”, “Etimad”, “Qətiyyət”, “Politika”, “Olaylar”, “Bakının səsi”, “Dünya”, “Yeni Müsavat”, “Qoroskop”, “Dəryaz”, “Arı”, “Ekspress”, “Vəhdət”, “Nəbz” və “Ədalət” qəzetlərində çap olunub. 1995-ci ildə Hacı Mailin rəhbərliyi ilə təşkil olunmuş “Füzuli məclisi”nə dəvət olunub. 1996-cı ildə “Təzəpir” məscidində təşkil olunmuş yığıncaqda mükafatlar təltif olunarkən, “Füzuli” məclisinin fəal iştirakçısı kimi “Paklıq” mükafatına layiq görülüb. 2000-ci il sentyabr ayında “Yalan çeynəyə-çeynəyə” adlı kitabı çap olunub.
2002-ci ilin avqust ayında şairin “Mən nə dedim ki…” kitabı oxuculara təqdim olunub. 2004-cü ildə “Kim nə götürdü” adlı kitabını nəşrə verib. 2004-cü ilin aprel ayının 5-də “Mərkəzi Kliniki xəstəxana”sında ürəyində yenidən əməliyyat aparılıb, 2 gün sonra evə dönən şairin aprelin 8-də səhər tezdən halı pisləşib və o “koma” vəziyyətinə düşüb. 9 gün komada süni nəfəsvermə ilə saxlanılıb, aprelin 17-si ürəyi süni nəfəsdən imtina edib. Qəbri Kürdəxanı qəsəbəsindədir.