Şahzadə Salmanın nəhəng layihələri alt-üst oldubackend

Şahzadə Salmanın nəhəng layihələri alt-üst oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səuddiyə Ərəbistanının vəliəhr şahzadəsi Məhəmməd ibn Salmanın siyasi rəqiblərini bir-biri zərərsizləşdirdiyi ölkədə koronavirus pandemiyası ilə birlikdə iqtisadiyyta da çöküb. Ölkənin Mərkəzi Bankının təkcə 1 aylıq zərəri 26 milyon dollara çatarkən, şahzadənin Tramp və Putini qorxudan nəhəng layihələri də alt-üst olub.

TİA.AZ BBC-yə istinadən xəbər verir ki, hər il on milyardlarla dollar dəyərində silah alan və neftdən əldə etdiyi pullarla kral ailəsinin lüks həyat yaşadığı, bir zamanlar ümumiyyətlə vergi alınmaması ilə məşhur olan Səudiyyə Ərəbistanında əlavə dəyər vergisi 5 faizdən 15 faizə çıxarılıb. Gələn aydan etibarən isə sosial yardımların dayandırılacağı elan edilib.

Bu qərarlar qlobal neft qiymətlərinin ötən illə müqayisədə yarıdan aşağı düşməsi, hökumətin gəlirlərinin 22 faiz azalması və böyük neft layihələrinin təxirə salınması fonunda qəbul edilib.

Ölkənin dövlət neft şirkəti olan Saudi Aramko da cari ilin birinci rübündə xalis mənfəətini 25 faiz azaldığını açıqlayıb.

“Krallığın iqtisadiyyatı qorxunc vəziyyətdədir və normala qayıtması vaxt alacaq”, – deyə bölgə üzrə mütəxəssis Maykl Stefens bildirib.

Bəs həqiqətənmi ölkə çətin vəziyyətdədir?

Düzdür dünyanın bütün ölkələri pandemiyasının iqtisadi təsirlərinə məruz qalıb. O cümlədən də Səudiyyə Ərəbistanı. Lakin əsas gəliri neftdən olan bu ölkə neft qiymətlərinin kəskin ucuzlaşması fonunda daha çox itkiyə məruz qalıb. Buna baxmayaraq ölkənin İctimai İnvestisiya Fondu var ki, onun da təxmini dəyərinin 320 milyard dollar olduğu qeyd olunur.

Bundan başqa ötən il dövlət neft şirkətinin dəyəri 1,7 trilyon dollar hesablanıb. Bu Google və Amazonun ikisinin birgə o zamankı dəyərinə bərabər idi. Həmçinin Saudi Aramko ötən il səhmlərinin sadəcə 1,5 faizini 25 milyard dollar ictimaiyyətə açaraq tarixin ən böyük ilkin ictimai təklifinə imzasını atmışdı.

Buundan başqa mütəxəssislər hesab edir ki, ölkə çox böyük neft ehtiyatlarına malikdir və bazardakı payını qoruyaraq, hətta böyüdərək bu böhrandan çıxa bilər.