Şahruddindən kobud səhv: Qolu rəqibə hədiyyə etdi – VİDEObackend

Şahruddindən kobud səhv: Qolu rəqibə hədiyyə etdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” klubu son yoxlama oyununu keçirib.

Ağdam təmsilçisi hazırlıq matçı zamanı Rumıniyanın “Universitatya Krayova” komandası ilə qarşılaşıb.

36-cı dəqiqədə qapıçı Şahruddin Məmmədəliyevin kobud səhvindən yararlanan rəqib futbolçu Andrey İvan hesabı bərabərləşdirib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

Şahruddinin bu səhvi sosial mediadakı xarici futbol səhifələrində də paylaşılıb.

Həmin anın görüntülərini təqdim edirik: