Şahmatçımız 2-ci oldubackend

Şahmatçımız 2-ci oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Çabahar şəhərində təşkil olunan şahmat festivalının A (masters) və B (U 2000) turnirlərində sonuncu – doqquzuncu turun oyunları keçirilib. Sonuncu turda da Azərbaycan şahmatçılarının rəqibləri İran təmsilçiləri olub.

TİA.AZ  xəbər verir ki, festivalın B turnirində mübarizə aparan Xatun Bağırova Esmaeel Mohammedian ilə qarşılaşmanı qələbə ilə başa vurub. Azərbaycan şahmatçısı 9 turdan 7 xal toplayaraq turnirdə ikinci yeri tutub.

A turnirində şahmatçılarımızdan Azər Mirzəyev Masud Mosadeqpoura məğlub olub, Habil Cavadov Carullah Badqisi üzərində qələbə qazanıb. A.Mirzəyev 5 xalla yeddinci, H.Cavadov isə 3,5 xalla 19-cu yeri tutub.