Şahmatçılarımız neçəncidir? – İlin ilk reytinqibackend

Şahmatçılarımız neçəncidir? – İlin ilk reytinqi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yanvar ayı üçün reytinq siyahısını açıqlayıb.

TİA.AZ-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, noyabr ayı ilə müqayisədə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 1 pillə geriləyib. O, 2770 reytinqlə 8-ci  pilləyə düşüb.

Son dünya kubokunun qalibi Teymur Rəcəbov (2765) də 1 pillə geriləyərək 11-ci pillədə qərarlaşıb.

Digər şahmatçılarımızdan  Nicat Abbasov (2668) 71-ci, Qədir Hüseynov (2666) 74-cü,Rauf Məmmədov (2659) 85-cidir. Arkadi Naydiç isə yenə “100-lük”dən kənarda qalıb.

Qadınlar arasında Günay Məmmədzadə 28-ci (2455), Gülnar Məmmədova (2386) 77-ci, Ülviyyə Fətəliyeva (2377) 87-ci,  pillədə qərarlaşıb.

Qeyd edək ki, kişi şahmatçılar arasında siyahıya Norveç şahmatçısı Maqnus Karlsen (2872) başçılıq edir. Fabiano Karuana  (ABŞ, 2822) ikinci, Liren Dinq (Çin, 2805) üçüncüdür.