backend

Şahmat təkcə idman növü deyil, həm də elm və sənət birləşməsidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Beynəlxalq Olimpiya Komitəsi şahmatı idman növü kimi qəbul etsə də, mənim üçün şahmat əslində təkcə idman növü deyil, həm də idman, elm və sənətin birləşməsidir”.

“Report” xəbər verir ki, bunu qrossmeyster Vasif Durarbəyli bildirib.

O deyib ki, şahmatçı kimi mənə ən çox verilən suallardan biri budur ki, şahmat idman, sənət növüdür, yoxsa elmdir:

“İdman iki nəfər müəyyən oyun qaydalarına riayət edərək bir-biri ilə rəqabət aparır, burada şans faktoru mühüm rol oynamır və oyun fiziki cəhətdən üstünlük tələb edir.

 Vasif Durarbəyli

Vasif Durarbəyli

Şahmat idman növüdür, çünki iki nəfər müəyyən qaydalara uyğun şəkildə bir-biri ilə yarışır, şans faktoru əhəmiyyətsizdir və oyun fiziki səy tələb edir.

Şahmat elmdir, çünki elm adamları kimi şahmatçılar da daim 64 kvadratlıq dünyalarında yeni nəsə tapmaq üçün səy göstərirlər.

Şahmat incəsənətdir, çünki hər oyun bənzərsizdir və düzgün təhlil edildikdə, bütün bacarıq səviyyələrindəki şahmatsevərlər tərəfindən qiymətləndirilə biləcək gizli xəzinələri ehtiva edir.

Burak Fırat

Burak Fırat

Bəzən bu komponentlərin əlaqəsi demək olar ki, tək bir oyunda mükəmməl görünür. Məsələn, Dubov və Karyakin arasında keçirilən son oyun düşünülmüş tədqiqat, gözəl icra və idman yarışıdır. Bu səbəbdən ictimaiyyətin diqqətini çox çəkdi. “YouTube”da Dubovun özü tərəfindən oyunun analizini izləməyinizi tövsiyə edirəm. Bu blog seriyasında, Dubov-Karyakin oyununun yuxarıdakı nümunəsində olduğu kimi, oyunun idman, elmi və bədii komponentləri arasındakı sıx qarşılıqlı əlaqələrə diqqət yetiriləcək. Mən və dostum, qrossmeyster Burak Fırat hər həftə ərzində oynanan oyunları nəzərdən keçirəcəyik və digərlərindən seçilən oyunu seçəcəyik. Daha sonra məlumatlı və əyləncəli olması üçün həmin oyunu təhlil edəcəyik.

Həftənin oyunu müasir mühərriklər baxımından mükəmməldən çox uzaq ola bilər, amma bu artıq bizim narahatlığımız deyil. Hər həftə Dubov-Karyakin görüşü kimi bir oyun təqdim edəcəyimizə söz vermirik, amma hər həftə üçün ən yaxşı oyunu obyektiv seçmək üçün əlimizdən gələni edəcəyik. Ümid edirik, məqalələrimizi oxuduqca, daha çox şey öyrənərək oyun sənətindən zövq alacaqsınız”.