Şahmat Olimpiadası: Azərbaycan milliləri Slovakiya və Qazaxıstanla qarşılaşacaqbackend

Şahmat Olimpiadası: Azərbaycan milliləri Slovakiya və Qazaxıstanla qarşılaşacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın kişi və qadınlardan ibarət milliləri bu gün VI tur oyunlarını keçirəcək.

TİA.AZ-ın məlumatına görə, ötən tur sürpriz şəkildə Kubadan ilk məğlubiyyətini almış kişi yığması bu dəfə Slovakiya ilə qarşılaşacaq. Qadın millisi isə Qazaxıstanla münasibətlərinə aydınlıq gətirməyə çalışacaq.

Şahmat Olimpiadası

VI tur

Kişilər

Slovakiya – Azərbaycan

Viktor Qazik – Şəhriyar Məmmədyarov

Yuray Druşka – Qədir Hüseynov

Xristofer Repka – Vasif Durarbəyli

Lyubomir Ftaçnik – Nicat Abbasov

Qadınlar

Azərbaycan – Qazaxıstan

Günay Məmmədzadə – Jansaya Əbdumalik

Gövhər Beydullayeva – Bibisara Assaubayeva

Gülnar Məmmədova – Kseniya Balabayeva

Ülviyyə Fətəliyeva – Qulisxan Naxbayeva

Oyunlar Bakı vaxtı ilə saat 13:30-da başlanacaq.

Qeyd edək ki, V turun nəticələrindən sonra Azərbaycanın kişi millisi 7 xalla 37-ci yerdə qərarlaşıb. Qadın yığması isə 9 xalla 5-cidir.