“SAHİL – S İNŞAAT” SAKİNLƏRİ ETİRAZA QALXDI, TALEH ALLAHVERDİYEVLƏ PƏNAH KƏRİMOV HƏBS EDİLƏCƏK – AÇIQLAMA/VIDEObackend

“SAHİL – S İNŞAAT” SAKİNLƏRİ ETİRAZA QALXDI, TALEH ALLAHVERDİYEVLƏ PƏNAH KƏRİMOV HƏBS EDİLƏCƏK – AÇIQLAMA/VIDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Yeni Günəşli qəsəbəsində “Sahil – S İnşaat” tikinti firmasından mənzil alan vətəndaşlar üzləşdiyi fırıldaqla bağlı toplaşaraq etirazını bildirib. Payçılar söyləyiblər ki, şirkətin rəhbərliyində olan Taleh Allahverdiyev və Pənah Kərimov müştəriləri aldadıb, mənzil alan vətəndaşların pulunu mənimsəyib, bir mənzil 5-6 adama satılıb.

TİA.Az xəbər verir ki, sakinlər binanın önünə toplaşıb haqlarını tələb ediblər və məsələni ictimailəşdiriblər. Onların sözlərinə görə, kirayələrdə qalıblar, nə pulları qaytarılır, nə mənzillər verilir, bir mənzil bir neçə adama satılıb. Onlar Taleh Allahverdiyevlə Pənah Kərimovun dələduzluq etdiyini bildiriblər. Sakinlər dövlətdən kömək istəyiblər. Məsələ barədə açıqlama verən Baş Prokurorluğun mətbuat xidməti Real Tv-yə deyib ki, şirkətin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb. O deməkdir ki, həm Taleh Allahverdiyev , həm Pənah Kərimov həbs olunacaq.

TİA.Az