“Sahil – S İnşaat” MTK tikinti şirkəti bir mənzili 6 nəfərə satıb, 160 ailəni evsiz qoyub-VİDEObackend

“Sahil – S İnşaat” MTK tikinti şirkəti bir mənzili 6 nəfərə satıb, 160 ailəni evsiz qoyub-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Suraxanı rayonu, yeni Günəşli qəsəbəsi, AB massivində yerləşən “Sahil – S İnşaat” MTK şirkətinə məxsus çoxmərtəbəli binada bir mənzil bir neçə şəxsə satılıb.

Hələ bu azmış kimi 2018 dən inşa olan bina 2020-ci ildə təhvil veriləcəyi deyilsə də hələ də yarımçıq olaraq qalıb. Nağd ödəniş edərək ev alan sakinlər indi nə mənzillərinə köçə bilirlər, nə də pulları qaytarılır.

Şikayətçilər başlarına gələn bu məsələyə görə binanın qarşısına yığışaraq, öz haqqlarını tələb ediblər. Lakin nə qədər etiraz etsələr də, “Sahil – S İnşaat” MTK – nın nümayəndələrindən nə əraziyə gələn oldu, nə də zənglərə cavab verən.

Zərərçəkənlər Musavat Tv-yə bildiriblər ki, məsələ ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə yazılı olaraq müraciət ediblər və cinayət işi açılıb.

“Sahil – S İnşaat” MTK -nın rəhbəri Taleh Pənahov və onunla ortaq işləyən əməkdaşlar istintaqa cəlb olunub.

Qeyd edək ki, şikayət əsasında qarşı tərəfin fikirlərini öyrənməyə çalışsaq da, zənglərimizə cavab verən olmadı. Buna baxmayaraq Musavat Tv olaraq, qarşı tərəfi dinləməyə hazırıq.