SAHİL BABAYEV ERMƏNİ “ÇÖRƏYİNƏ YAĞ ÇƏKDİ: QAZİLƏRİN ŞİKAYƏTİ QƏRB MEDİASINA AYAQ AÇIB…backend

SAHİL BABAYEV ERMƏNİ “ÇÖRƏYİNƏ YAĞ ÇƏKDİ: QAZİLƏRİN ŞİKAYƏTİ QƏRB MEDİASINA AYAQ AÇIB…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin müharibə əlillərinə, qazilərə göstərdiyi “qayğı”nın nəticəsində onların problemlərinin səsi-sorağı artıq Qərb mediasına ayaq açıb.
TİA.Az bildirir ki, nüfuzlu alman xəbər agentliyi “Deutsche Welle” Vətən müharibəsi qazilərinin etirazlarından bəhs edən geniş yazı dərc edib.
Məqalədə deyilir ki, Azərbaycanda İkinci Qarabağ müharibəsinin bəzi veteranları əlilliyə görə müavinət ala bilmədiklərindən, ümumiyyətlə, hüquqlarının pozulması ilə üzləşdiklərindən şikayətlənirlər.
Məhz S.Babayevin yaratdığı “şərait”, qazilərə olan “diqqəti” ucbatından qalib ordunun qəhrəman oğullarının dərd-səri Avropa nəşrlərində ictimailəşdirilir. Bu “uğurlu” siyasətin memarı olan nazir, dövlətə və hakimiyyətə etdiyi bu “yaxşılıq”lara görə mükafatlanmalıdır.
Çünki indiyədək Prezidentə, dövlətin sosial siyasətinə belə bir zərbə vuran olmamışdı. Görün, vəziyyət hansı həddə çatır ki, qazilər nazirliyin qəbul qapısını təpiklə sındırmağa məcbur qalır, problem şişərək dramatik şəkil alır və alman mediasında işıqlanır.
Bu da informasiya müharibəsində ermənilərin “çörəyinə yağ çəkən” faktordur. Onlar bundan sui-istifadə edərək sosial şəbəkələrdə, teleqram kanallarında yazırlar ki, zəfər çalmış ordunun qazilərinə zülm olunur, intihar həddinə çatdırılır, haqları ödənilmir.
Qeyd edək ki, iyunun 2-də keçirilən aksiyanın təşkilatçılarından biri olan qazi Hacı Vəliyev deyir ki, onlarla müharibə iştirakçısı dəfələrlə problemləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsə də, məmurlar buna əhəmiyyət verməyiblər.

TİA.Az