Sahil Babayev bu videoya bax, bəlkə ruhun oyana-VİDEObackend

Sahil Babayev bu videoya bax, bəlkə ruhun oyana-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu qədər intihardan sonra Sahil Babayevin yerində kim olsaydı, istefa verərdi.

“Mauqli” ləqəbli Elvin Cəfərovun həyat yolundan lentə alınmış qısa videoçarxa baxanda insanın ruhu təzələnir. Oğlunun dedikləri Azərbaycan əsgərinin məğrur və qəhrəman obrazını canlandırır. Döyüşdən qayıdan qazimiz alqışlarla qarşılanır. Əgər bilsəydi belə olacaq, bəlkə də qayıtmazdı. Qayıtmazdı ki, tabutu üç rəngli Azərbaycan bayrağına bürünərək torpağa tapşırılsın. Qayıtmazdı ki, Sahil Babayevin ona və onun kimi qəhrəmanlara hazırladığı yanmış kəfənlərə  bürünməsin..

Odun alovun içindən sağ-salamat qayıdan “Mauqli” Sahil Babayevin “odunda” yandı və yandırılmış kəfənlə “mükafatlandırılıb” son mənzilə yola salındı. Torpaq uğrunda şəhid ola bilmədi, amma ailəsinin dolanışı uğrunda şəhid oldu. Allah rəhmət eləsin!

Bu videoya baxdım ağladım. Övladın vətən yolunda xidmətini qürurla danışığını eşidəndə və övladın atasının ehtiyac ucbatından intihar etdiyinə görə göz yaşını tökəndə için-için ağladım.

Bax ,Sahil Babayev, bu videoya yaxşı bax! Bu videoya bax, bir də yuxarıdakı şəklə.. O şəkillərdən çoxdur. Sonra aşağıdakı şəkillərə bax.. Bəlkə, yatmış ruhun oyana..Sabirabadın icra başçısını, sosial müdafiə fondunun müdirini də çağır, birgə baxın.. Milli Məclisdən də özünkimiləri, yal verdiyin jurnalistləri də  çağır.. Bu qədər intihardan sonra sənin yerində kim olsaydı, istefa verərdi. Ya da deyərdi ki, məni həbs edin.

Talıb Əhədov

Millətin Səsi.az