Sahibkarlığın İnkişafı Fondundan banklarla bağlı yeni statistikabackend

Sahibkarlığın İnkişafı Fondundan banklarla bağlı yeni statistika

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TİA.az xəbər verir ki, Sahibkarlığın İnkişafı Fondunun məlumatına görə, ötən il ərzində ölkə bankları və digər kredit təşkilatları öz müştəriləri olan sahibkarların kredit subsidiyası alması üçün 2 375 müraciət ediblər, bu müraciətlərdə 44 milyon manatın ödənilməsi istənilib.
Fond bu müracətlərdən 1992-nə (bütün müraciətlərin 84%-nə) müsbət cavab verib.
Müsbət qərar qəbul edilmiş müraciətlər üzrə kreditlərin qalıq məbləği 483 milyon manat, subsidiyanın məbləği isə 33 milyon manat təşkil edir. Artıq bu məbləğin 20 milyon manatı sahibkarlıq subyektlərinə ödənilib.
Subsidiya üçün müraciətlər ən çox «Expressbank» (465), «Bank Respublika» (442), «Accessbank» (191) və «Bank of Baku» (154) banklardan daxil olub.
Müraciətlərə ən çox müsbət cavab da bu banklara verilib.

TİA.AZ