Sahibkarlar Zakir Fərəcovun onlara milyonlarla borcunun olduğunu təsdiq edən sənədləri təqdim etdilərbackend

Sahibkarlar Zakir Fərəcovun onlara milyonlarla borcunun olduğunu təsdiq edən sənədləri təqdim etdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daha bir icra başçısının həbs xəbəri yayılılıb. Ölkədə aparılan anti – korrupsiya tədbirləri çərçivəsində  bu dəfə öz başının dəstəsilə həbs olunan Kürdəmirin icra başçısı Ceyhun  Cəfərovdur. Bildirilir ki, icra başçısı  Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətində keçirilən əməliyyat çərçivəsində saxlanılıb. Onunla yanaşı icra başçısının birinci müavini Tacəddin Novruzov və ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov  da saxlanılıblar. Çox maraqlıdır ki, hazırda fəaliyyətdə olan icra başçıları  özlərindən əvvəl həbs edilən həmkarlarının aqibətindən  ibrət götürmək  istəmirlər. Məhz bunun nəticəsidir ki,  hazırda fəaliyyətdə olan icra başçılarının bəziləri hələ də öz qanunsuz əməllərini davam etdirirlər. Fəaliyyətindən  ciddi narazılıq olan icra başçılarından biri də Zakir Fərəcovdur. O, Azərbaycanın böyük şəhərlərindən birinə rəhbərlik edir.  Uzun müddətdir ki, bir qrup sahibkar  müxtəlif media orqanları və dövlət qurumlarına  Zakir Fərəcovdan şəhərin abadlaşması üçün gördükləri işlərin pulunu ala bilməməklə bağlı şikayətlər ünvanlayırlar.

Maraqlıdır ki, İcra Hakimiyyəti və onun başçısı Zakir Fərəcov ciddi əsaslar gətirmədən, iş adamlarına heç bir borclarının olmadığını iddia edirlər. Hətta Zakir Fərəcov bu məsələdə proseslərdən ümumiyyətlə  xəbəri olmayan müavinlərini qabağa verib, edilən şikayətlərə onların imzası ilə yarımçıq, heç bir əsası olmayan cavablar verir.  Təsadüfi deyil ki, bu günlərdə  Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Sahib Quliyevin Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOB) İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənova rəsmi məktub vasitəsilə verdiyi cavabla bağlı iş adamları öz etirazlarını bildirmişdilər. Həmin cavablarında iş adamları  Sahib Quliyev   verdiyi cavabı  başdansovdu və məmur etikasına uyğun gəlməyən tərzdə  yazıldığını bəyan etmişdilər.  İş adamları haqlı olaraq bildirirdilər ki,  İcra Hakimiyyəti rəsmi qurumdur,  qoy onlara ödənilən pulun hansı bank hesabına köçürüldüyünə dair ortaya ciddi dəlil qoysunlar. Təəssüf  ki,  bu irada İcra Hakimiyyəti tərəfindən heç bir cavab verilmədi. Yenidən icra başçılarının həbsinin başlanması həmin sahibkarları bir daha media vasitəsilə ölkə  rəhbərliyinə  müraciət etməyə  sövq edib. Sahibkarlar bu dəfə bizə gördükləri bütün işlərin smetasına dair lazım olan sənədləri də təqdim ediblər. Həmin sənədlər üzərində apardığımız araşdırma zamanı  müəyyən etdik ki, Zakir Həsənov sözün əsl mənasında “sahibkar ovu”na çıxmış bir məmurdur. Sənədlərdən görünür ki, şəhərin əsas giriş hissəsini yenidən quran, Xəzərin sahilində uzunluğu 4,2 km, sahəsi 106 hektar olan, əhalinin istirahəti üçün bütün lazımı şərait yaradılan və ən müasir standartlara cavab verən Dənizkənarı bulvarı ən qısa zamanda – 8 ay ərzində, 2016-cı ilin sentyabr ayında istismara təhvil verən 426 nəfər sahibkar və fəhlə üstündən təxminən 4 il keçməsinə bamayaraq hələ də qanuni ödənişlərini – təxminən 8 milyon manat pulu Zakir Həsənovdan ala bilmirlər.

Sahibkarlar bildirirlər ki, onlar başçıdan  “dövlət mənə nə pul verib ki, mən də ondan sizə verim. Gedin kimə şikayət edirsiz edin” sözlərini eşidirlər.  Həddini aşan sahibkarlara indidən özləri üçün “suxarı” tədarükü  görməyi “tövsiyə” edən, yəni məhbəs həyatına hazırlaşmaqla təhdid edən və özünü 70 yaşlı şəhərin “əbədi qubernatoru” kimi aparan Zakir Fərəcov ən yaxın əlaltısı olan Sumqayıt İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Adil  Xudadatov vasitəsilə iş adamlarına qarşı  “qamçı və kökə” siyasətini tətbiq edir. O ya sahibkarları məhbəs ilə hədələyir, ya da ki, onlara Sumqayıtın özləri üçün yaxın hesab etdikləri iş adamları vasitəsilə “kokə” təklifini edir: “Onu da qeyd edək ki, Zakir Fərəcov  sahibkarların pulunu verdiyi barədə yuxarılara  saxta hesabat verir. Qoy icra bascisi desin görək hansi sənədlə,  hansı bank vasitəsilə pullarımızı verib?”

Qeyd edək ki, indiyə qədər mediada bu qalmaqalla bağlı iş adamlarının çoxlu sayda müraciəti işıqlandırılıb. Narazı sahibkarların  mediaya verdikləri məlumatlarda o da bildirilir ki,  Zakir Fərəcov həmin şikayətçilərlə dil tapmağı  bir müddət əvvəl Sumqayıt Şəhər Kommunal Təsərrüfat Birliyinin rəisi olan bacıoğlusu Məcidov Hüseyn Valeh oğluna həvalə edibmiş: “Zakir Fərəcov hara gedirsə, bacıoğlusunu özü ilə yanına aparır. Abşeronda işləyəndə həmin bu bicoğlu oradakı MİS-lərdən birinə rəhbərlik edirdi. Dəfələrlə bizimlə görüşüb vəd versə də, dayısının borcunu ödəməkdən yayınır. Biz anlamırıq, bizə olan borcu niyə Fərəcov yox, Hüseyn ödəməlidir? Çox xahiş edirik, bizim düşdüyümüz acınacaqlı durumu ölkə rəhbərliyinə çatdırasınız”.

Sahibkarlar bildirirlər ki,  onlar  Prezident İlham Əliyevin müəllifi olduğu ölkəmizin müasir iqtisadi siyasətinin əsas istiqamətlərindən biri olaraq iqtisadiyaytın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, ixrac yönümlü iqtisadiiaytın formalaşması, rəqabətqabiliyyətli istehsalın stimullaşdırılması, investisiyaların təşviqi, xüsusilə də yerli sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi istiqamətində əsaslı tədbirlərin  həyata keçirildiyini görürlər:  “ Daha dəqiq desək, ölkədə biznes mühitinin hüquqi bazasının təkmilləşdirilməsi, özəl sektorun dəstəklənməsi, sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sahibkarların hüquq və mənafelərinin qorunması sahəsində yeni iqtisadi şəraitə uyğun olaraq islahatlar həyata keçirilir. Sahibkarlığa dövlət dəstəyi tədbirləri nəticəsində ümumu daxili məhsulda özəl sektorun xüsusi çəkisi və məşğulluqda payı dinamik olaraq yüksəlmiş və bunun real göstəricisi olaraq sahibkarlıq subyektlərinin sayı artmışdır. Məhz sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi istiqamətində icra edilən tədbirlərin nəticəsi olaraq Dünya bankı tərəfindən 2020-ci il üçün dərc olunan “Doing  Business” hesabatında ölkəmiz ən islahatçı  20 ölkə arasında yer almış, kredit əlçatanlığı üzrə 1-ci, biznesə başlama üzrə isə 9-cu mövqedə olmuşdur. Bütün bu iqtisadi nailiyyətlərin əldə edilməsində sahibkarlarlıq subyektlərinin artan xüsusi çəkisi biz sahibkarları olduqca sevindirir. Biz hər zaman möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunduğumuzun fərqindəyik.

Bütün bunlara görə bir daha Prezidentimiz cənab İlham Əliyevlə qürur duyuruq. O, hər zaman xalqının yanındadır. Hər zaman xalqın işguzar təbəqəsi olan və maddi nemətlər yaradan sahibkarların yanındadır. Onları  “zəli” kimi yapışaraq qanını soran azğınlaşmış dövlət məmurları və harınlaşmış icra başçılarının təzyiq və təqiblərindən qoruyaraq xəbərdarlıq edir ki, “Sahibkar heç kimə borclu deyildir. Vergisini verməlidir, vəssalam. Sahibkarı boğurlar, soyurlar, incidirlər, malını əlində alırlar. Bu, dözülməz haldır.”

Cənab Prezident belə harınlamış məmurlara xitabən söylədiyi bu xəbərdarlıqlarda onu da xüsusi olaraq qeyd edir ki, xalqa ləqayətlə xidmət etməyən, öz mənafeyini düşünən, rüşvət və korrupsiya yolunu tutan, vəzifə saxtakarlığına və vəzifə səlahiyyətlərindən sui-istifadəyə yol verən məmurlara qarşı ən amansız mübarizə aparılacaq və belələri qanunun ən sərt üzü ilə cəzalandırılacaqlar. Dövlət başçımızın hər zaman sözü ilə əməli eyniyyət təşkil edir. Bu xəbərdarlıqlardan ibrət dərsi almayan  bir neçə  rayonun icra başçısı və bir neçə mərkəzi icra hakimiyyətlərinin yüksək vəzifəli şəxsləri barəsində həbs qəti imkan tədbiri görülüb. Cənab Prezidentin “Biz hüquqi dövlətik. Hamı qanun qarşısnda bərabərdir. Heç kimin qanun qarşısnda müstəsna səlahiyyəti yoxdur” kimi konkret və aydın tələbi qarşısında bəzi icra başçıları hələ də öz qanunazidd davranış və fəaliyyətləri ilə dövlət başçısının müəyən etdiyi kursa etimadsızlıq göstərirlər: “ Belə “ipə-sapa yatmayan” icra başçıları sırasında Sumqayıt Şəhər İcra başçısı Zakir Fərəcov ”lider”dir desək, yanılmarıq.

Sonda qeyd edek ki  Ədalətin zəfər şalacağına bütün varlığımızla inanırıq, çünki ədalətli Prezidentimiz, mərhəmətli Birinci vitse-prezidentimiz, haqqı nahaqdan seçməyi bacaran, gözü tərəzi olan xalqımız vardır. Xalq-hakimiyyət birliyimiz vardır”.

Sonda sahibkarlar bildirirlər ki, Sumqayıtda gördükləri işin pulunu ala bilmələri onları rəzil vəziyyətə salıb. İş adamları bildirirlər ki, yeganə ümid yerləri ölkə başçısı və Birinci vitse- prezidentdir. Çünki, Zakir Fərəcov o qədər özünə qol -qanad  yığıb ki, bütün şikayətlərin yerindəcə boğur, imkan vermir ki, səsimiz yuxarılara çatsın:  “Bu yaxında onun vəzifəyə yerləşdirdiyi qohumlarının və əldə etdikləri əmlakın siyahısı yayıldı. Onu oxuyanda adamın gözü qamaşır. Biz başa düşmürük, bu vəzifə Fərəcova xalqa xidmət üçün verilib, yoxsa iş adamlarının pulu hesabına özünə və yaxınlarına varidat toplamaq üçün?”

Sumqayıt İcra Hakimiyyəti ilə əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Qarşı tərəf kimi onların da mövqeyinə yer verməyə hazırıq.

Azinforum.az