Şahbaz Xuduoğlu Türkiyədə böyük mükafat aldı (FOTO/VİDEO)backend

Şahbaz Xuduoğlu Türkiyədə böyük mükafat aldı (FOTO/VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu 6-cı İstanbul Beynəlxalq Nəşriyyatlar görüşü​ – Müəllif hüquqları mükafatı (Istanbul Copyright Awards – 6th Istanbul Publishing Fellowship program) tədbirində iştirak edib.
TİA.AZ xəbər verir ki, naşir proqram çərçivəsində keçirilən müsabiqədə qalib olub və 6 min dollar mükafat alıb.

 

Şahbaz Xuduoğluna mükafat təqdim edildikdən sonra maraqlı bir nitq söyləyib:
“Biz 30 ildir fəaliyyət göstəririk, gündə azı bir kitab nəşr edirik, amma ilk dəfədir ki, mükafat alıram. Heç Azərbaycanda da mükafat almamışam. Mən nəşriyyat işinə 30 il əvvəl dostum, böyük tərcüməçi Natiq Səfərovla başlamışam. Sonra o, həyatını itirdi, amma mən davam etdim. Bu ilk mükafatımı da onun adına qəbul edirəm”.
Qeyd edək ki, bu mükafat Türkiyə Mətbuat Yayın Sənəti Birliyi tərəfindən Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, İstanbul Valiliyi tərəfindən təşkil edilir.
Məqsəd əcnəbi dillərə çevrilən əsərlərdə müəllif hüquqları mübadiləsini inkişaf etdirmək, mədəni iş birliyində və təbliğat məsələlərini fəal təşkil etməkdir. ​Bu mükafat Türkiyə nəşrlərinin əcnəbi dillərdə yayılmasına və dünyada tanıdılmasına xidmət edən şəxslərə, yaxud nəşriyyatlara verilir.