“Sağlam Nəsil-Sağlam Gələcək” layihəsi başa çatdı-FOTObackend

“Sağlam Nəsil-Sağlam Gələcək” layihəsi başa çatdı-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 26-da Azərbaycan Texniki Universitetində Azərbaycan Gənclər Fondunun dəstəyilə Aygül Niftiyevanın rəhbəri olduğu “Sağlam Nəsil-Sağlam Gələcək” layihəsinin bağlanış tədbiri baş tutub.

Tədbirdə çıxış edən Aygül Niftiyeva bildirib ki, sağlamlıq kifayət qədər həssas məqamdır və hər bir gənc öz sağlamlığına qarşı diqqətli olmalıdır. Məhz elə bu səbəbdən bu layihəni icra etdiklərini deyən A.Niftiyeva Azərbaycan Gənclər Fonduna bu imkanı yaratdığına görə, təşəkkür edib.

Tədbirdə iştirak edən Sosial Media Mərkəzinin direktoru, jurnalist Azər Niftiyev qeyd edib ki, Azərbaycan Gənclər Fondu gəncləri düşündürən, narahat edən mövzulara həmişə diqqət ayırıb və bu layihə də bu qəbildəndir.

Tədbirin təlimçisi, Fransada təhsil almış və çalışmış, Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvü, Dr. Araz Bayramov əvvəlcə gəncləri salamlayıb və onlara ətraflı məlumat verib.

Doktor söyləyib ki, bu günkü tədbirdə sonsuzluq və cinsi zəiflikdən bəhs olunacaq. Onun sözlərinə görə, sonsuzluq son dövrlər sürətlə artır: “Bir çox hallarda sonsuzluq zamanı qadınları ilkin müayinələrdən keçirirlər. Lakin hər kəs bilməlidir ki, sonsuzluğun yaranmasında qadınlarla kişilərin nisbəti bərabərdir. Yəni 3 sonsuzluq halından 1-i kişilərin, 1-i qadınların, 1-i isə qarışıq səbəblərin payına düşür. Bu səbəbdən belə bir hal yaranarsa, qadın və kişinin eyni zamanda müayinələrdən keçməlidir”.

Cinsi zəifliyi doğuran səbəblərdən danışan Dr. A.Bayramov söyləyib ki, təsadüfi cinsi əlaqələrdən imtina etmək lazımdır: “Cinsi yolla yoluxan infeksiyalar bəzən elə fəsadlar verir ki, bu həm də sonsuzluğa və digər problemlərə yol açır. Bu baxımdan gənclər sağlam yaşamaq istəyirlərsə, ilk növbədə təsadüfi cinsi əlaqələrdən yayınmalıdırlar”.

Daha sonra tədbir sual-cavab formatında davam etdirilib. Tədbirə qatılan tələbələrə sertifikatlar və çap materialları paylanıb, çay süfrəsi arxasında müzakirələr davam edib.