SAĞLAM AİLƏ TİBB MƏRKƏZİNDƏ XAOS YAŞANIR – FOTObackend

SAĞLAM AİLƏ TİBB MƏRKƏZİNDƏ XAOS YAŞANIR – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sağlam Ailə Tibb Mərkəzində pasientləri incidirlər. Vətəndaş Şəhriyar Əmirlinin sözlərinə görə, bu il artıq ikinci dəfədir USM-də 3-4 saat gözləməli olub. TİA. Az xəbər verir ki, vətəndaş klinikadan şikayətlənib: “Bunu nə vaxt tənzimləmək fikiriniz var? Gəlib canlı yazılırsan, gözləyirsən, online yazılanlar dalbadal səndən qabağa keçir. Bunun ikisindən birin edin! Yazılma ,ya online yalnız olsun, ya da canlı növbə! İkisi bir arada mümkün deyil!
Hər dəfə camaat orda bir birin qıranda xoşunuz gəlir?
İşçiləriniz belə narazıdı, sizə dəfələrlə bu barədə bildiriblər, lakin tədbir görülmür”.

TİA. Az