Şagird-müəllim münasibətləri ilə bağlı yeni qaydalar hazırlanırbackend

Şagird-müəllim münasibətləri ilə bağlı yeni qaydalar hazırlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Növbəti tədris ili başlanana kimi yeni nümunəvi qaydaların təqdimatı olacaq”.

TİA.AZ-ın ıməlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

“Məktəbdə sağlam və təhlükəsiz öyrənmə mühitinin təşkil edilməsi və ümumiyyətlə, bu mühitin yaxşılaşdırılması istiqamətində intensiv işlər 2021-ci ilin yayından etibarən başlayıb.

Sağlam şagird-müəllim, şagird-məktəb, şagird-şagird, valideyn-müəllim, valideyn-məktəb münasibətlərini tənzimləyən hüquqi normativ sənədlərin və nümunəvi qaydaların yenidən işlənilməsi, təkmilləşdirilməsi prosesinə start verilib. Növbəti tədris ili başlananadək yeni nümunəvi qaydaların təqdimatı olacaq”, – deyə o əlavə edib.