ŞAĞAN SAKİNLƏRİ SUSUZLUQDAN FƏRYAD ETDİLƏR- MÜRACİƏTbackend

ŞAĞAN SAKİNLƏRİ SUSUZLUQDAN FƏRYAD ETDİLƏR- MÜRACİƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsi, döngə – 1 ünvanında yaşayan sakinlər 2016-ci ildən su üzünə həsrət qalıblar. TİA.Az xəbər verir ki, “Azərsu” ASC-yə müraciət etməkdən yorulan sakinlərin sözlərinə görə, 300-ə yaxın sakin yayın anomal istilərində cəhənnəm əzabı yaşayır. Sözügedən ünvanda yaşayanlar deyirlər ki, qonşu küçələrdə su çəkilsə də, 5 ilə yaxındır onlar susuz qalıblar.


Hazırda 100-ə yaxın ev Kərbəla müsibəti yaşamaqdadır. Sakinlər deyirlər ki, 300 insan yay-qış su problemi yaşayır. Xüsusən də yay mövsümündə vəziyyət daha dözülməz olur. Onlar dəfələrlə müraciət etsələr də, nəticəsi olmayıb. “Azərsu” ASC-dən su probleminə diqqət ayırmağı gözləyən Y.Əsədullayev küçəsi, döngə 1 sakinləri xahiş edirlər ki, təcili tədbir görülsün.

TİA.Az