ŞAD XƏBƏR: Bu il çimərliklərin fəaliyyətinə icazə veriləcək – VİDEObackend

ŞAD XƏBƏR: Bu il çimərliklərin fəaliyyətinə icazə veriləcək – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il dəniz mövsümündə çimərliklərin fəaliyyətinə icazə veriləcək.

TİA.AZ xəbər verir ki, bunu ARB24-ün “Nə baş verir?” verilişinə açıqlamasında millət vəkili Soltan Məmmədov deyib.

“Ötən ilki təcrübə göstərdi ki, çimərliklərdə də qaydaların tətbiqi mümkündür. Düşünürəm ki, mütləq həmin qaydalara əməl etməklə dəniz mövsümünü açıq elan edəcəyik.

Biz ötən il idman zallarından da istifadə edə bilmədik. Lakin bu gün o qaydalar idman zallarına şamil olunsa, idman zallarının və çimərliklərin daxilində olan hovuzlardan da istifadə etmək mümkün olar. Əminəm ki, hər birinin istifadəsi qaydalar çərçivəsində mümkün olacaq”.