“Saçını özü kəsirdi ki, bərbərə verəcəyi pulu uşaqlara xərcləsin” – Şəhid Fariz Həsənovun həyat yoldaşı – VİDEObackend

“Saçını özü kəsirdi ki, bərbərə verəcəyi pulu uşaqlara xərcləsin” – Şəhid Fariz Həsənovun həyat yoldaşı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
ATV-nin “Bizimləsən” proqramına qonaq olan Şəhid Fariz Həsənovun həyat yoldaşı Əzizə Həsənova hər kəsi göz yaşına boğub.
TİA.AZ xəbər verir ki, Əzizə, Farizin bərbərə getmədiyini, hətda saçını özü kəsdiyini bildirib:
 
Həyat yoldaşım uşaqlar dünyaya gəldikdən sonra bərbərə getmədi, saçını özü kəsirdi. Dedi ki, ona verdiyim pulu uşaqlar üçün nəsə alarsan. Özü ac qalardı, amma uşaqlara heç vaxt korluq çəkdirməzdi. O Şəhid olduqdan sonra, saçını kəsdiyi maşınkanın üzərində saçının telləri qalmışdı. Qıymadım onu atmağa. Götürdüm, adımızın baş hərflərini yazdırdım”.