Tribuna İnformasiya Agentliyi

Şabranda mübahisə qətllə nəticələndi

10 İyul
Şabranda mübahisə qətllə nəticələnib.
DİN-dən  verilən məlumata görə, iyulun 9-da saat 21 rarədlərində Şabran şəhər sakini Rəşid Əhmədov xəsarətlə xəstəxanaya yerləşdirilib. Bu barədə daxil olmuş məlumatla əlaqədar polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində şəhər sakini Ağayəhya Abbasovun münaqişə zəminində ona bıçaqla xəsarət yetirdiyi müəyyən edilib.
Həkimlərin səyinə baxmayaraq R.Əhmədovun həyatını xilas etmək mümkün olmayıb.
Görülmüş tədbirlərlə A.Abbasov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.