Tribuna İnformasiya Agentliyi

Şabranda arvadı küsüb evdən gedən kişi özünü asdı

21 İyun

Şabran rayonunun Güləmli yaşayış massivində üç uşaq atası intihar edib

“Report” xəbər verir ki, 37 yaşlı Cəmil Balamirzə oğlu Məmmədov yaşadığı evin yardımçı otağında özünü elektrik naqilindən asaraq öldürüb.
Məlumata görə, mərhum Cəmil Məmmədovla həyat yoldaşı arasında mübahisə baş verib. Mübahisədən sonra qadın övladlarından ikisini götürərək atası evinə – Quba rayonuna gedib. Bundan əsəbiləşən C.Məmmədov intihar edib.
Ailənin üç oğlan övladı var
İntiharın dəqiq səbəbləri Şabran Rayon Prokurorluğunda araşdırır. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.