Şabran, Qəbələ, Quba, Siyəzəndə yanğınlar: “Yandı, töküldü, bacım”-VİDEObackend

Şabran, Qəbələ, Quba, Siyəzəndə yanğınlar: “Yandı, töküldü, bacım”-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın şimalındakı Qəbələ, Şabran, Quba, Siyəzən rayonlarında minlərlə hektar ərazidə meşə və təsərrüfat sahələri yanıb.

VYanğınlardan ən çox ziyan çəkən Şabran rayonunun Dağbilici kəndi olub. Kənddə 500 hektara yaxın ərazidə olduğu deyilən yanğınlar azı 15 ev təsərrüfatına irili-xırdalı zərər vurub.
“Odun içindən güclə çıxdıq, evlərdən bir çöp də qalmadı”, -Şabranda evi yanan Bayram Ağasıyev
Yerli rəsmilər BBC Azərbaycancaya bildirib ki, isti külək yanğını vaxtında söndürməyə imkan verməyib.
Onlar bildirib ki, yanğın 20 dəqiqə ərzində Şabranın Düzbilici kəndindən Dağbilici kəndinə çatıb. Burada bir ev tamamilə yanaraq kül olub.
Yanğından ziyan çəkən kəndlərdən biri də Şabran rayonunun Zöhramı kəndi olub
Rayonun Xəlfələr kəndindən başlayan yanğın 3 gündən çox müddətdə ətraf əraziləri yandırıb.
Yerli sakinlər deyir ki, kənddə 3 təsərrüfata irili-xırdalı ziyan dəyib. Nəcməddin Muradovun saxladığı 20 dovşan tövlədə yanıb.
O deyir ki, mal-qarası üçün qışa topladığı ot tayası tamam yanıb, tövlə də yararsız vəziyyətdədir.
Günlərdir şimal bölgəsində davam edən yanğında Qubanın Çayqışlaq kəndindəki bağ sahəsi yanıb.
Bağın sahibi Məcnun kişi deyir ki, hər il çoxlu qonaq gəlib onun bağında dincəlirmiş indi yanğın bağı tamam məhv edib.
Bağban ətrafdakı su quyularından bacardığı qədər su daşıyaraq, orada qalan yanğın ocaqlarını söndürür.
O həm də bağı bərpa etmək üçün yenidən ağaclara su verməyə başlayıb.
Yanğınların ziyan verdiyi ərazilərdəki insanları indi sadəcə dövlətin onlara maddi dəstək olacağına ümid bağlayıblar.
Yerli rəsmilər BBC-yə deyiblər ki, ziyan dəymiş təsərrüfat və evlərlə bağlı siyahı hazırlanıb və rayon rəhbərliyinə təqdim edilib.