Sabirabadda tullantıların qalaqlanaraq yandırılması faktı aşkarlanıbbackend

Sabirabadda tullantıların qalaqlanaraq yandırılması faktı aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Sabirabad rayonu Nərimanabad kəndi ərazisində fəaliyyət göstərən avtomobillərə texniki xidmət məntəqələrində formalaşan müxtəlif mənşəli tullantıların qalaqlanaraq yandırılması faktını aşkarlayıblar.

Nazirliyin mətbuat xidmətindən TİA.AZ-a bildiriblər ki, faktla bağlı məntəqələrin sahibləri – rayon sakinləri Fəqan Ağazadə, İmaməli Həsənov, Ulduz Kərimov və Mahir Bağırov barəsində protokollar tərtib olunub.

Təqsirkarların hər biri inzibati qaydada 500 manat məbləğində cərimələnib və tullantıların qısa müddət ərzində təmizlənməsi üçün onlara icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib.