Tribuna İnformasiya Agentliyi

Sabirabadda dəhşətli qəza: Altı qadın öldü

07 May

Sabirabad rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub.

APA-nın məlumatına görə, Şəhriyar kəndində traktorun qoşqusunun aşması nəticəsində 6 nəfərin öldüyü bildirilir. Daha bir neçə nəfər xəsarət alıb.

İlkin ehtimala görə, ölənlərin hamısı pambıq tarlasına işləməyə gedən qadınlardır.

***

Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

İlkin məlumata əsasən, Şəhriyar kəndində baş verən qəzada 6 nəfər ölüb.