Sabirabadda avtomobil su kanalına aşıb, ölənlər varbackend

Sabirabadda avtomobil su kanalına aşıb, ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabirabadda avtomobil kanala düşüb

TİA.AZ APA-ya istinadən bildirir ki, hadisə Sabirabad rayonunun Nərimankənd kəndində qeydə alınıb.

Sabirabad rayonunun Nərimankənd kənd sakinləri, 1990-cı il təvəllüdlü Bayramov Fəyyal Eldar oğlu idarə etdi “QAZ-31” markalı 54 BM 990 dövlət nömrə nişanlı avtomobil sürətlə hərəkətdə olarkən kənd ərazisində yerləşən Sabir adına kanala aşıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin kənd sakini, 1989-cu il təvəllüdlü Məmmədov Cəlal Qubad oğlu suda boğularaq ölüblər. Meyitləri sudan çıxarmaq üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Sabirabad YMX-nın xüsusi riskli xilasetmə qüvvələri cəlb edilib. Meyitlər sudan çıxarılaraq müayinə olunmaq üçün Sabirabad Məhkəmə Tibbi Ekspertiza və Patoloji anatomiya mərkəzinə yerləşdirlib.

Faktla bağlı Sabirabad polis şöbəsi tərəfindən araşdırma aparılır.