Tribuna İnformasiya Agentliyi

Sabir və Tənzilə Rüstəmxanlılar “Səni deyirlər”ə oynadılar-VİDEO

12 Sentyabr

Son günlərin trendinə çevrilmiş “Səni deyirlər” mahnısı gündəmdən düşmək bilmir.
Müəllifi Güney Azərbaycandan Aşıq Mahmudi olan bu mahnıya təkcə sıravi insanlar deyil, tanınmışlar da dəstək verərək rəqs edirlər.
AzNews.az xəbər verir ki, bu günlərdə xalq şairi Sabir Rüstəmxanlı və həyat yoldaşı Tənzilə Rüstəmxanlı da toy məclislərinin birində “Səni deyirlər” mahnısına oynayıblar.
TİA.AZ  həmin görüntüləri əks etdirən videonu təqdim edir: