Sabiq rəis Eldar Mahmudovun qızını məhkəməyə verdibackend

Sabiq rəis Eldar Mahmudovun qızını məhkəməyə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəisi Arif Qaraşov yenidən sabiq MTN rəhbəri Eldar Mahmudovun qızını məhkəməyə verib.
TİA.AZ-ın Unikal.org-a istinadəni məlumatına görə, A.Qaraşov “Caspian Service” MMC və Mahmudova Nərgiz Eldar qızı barədə Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi verərək göstərib ki, bağlanan alqı-satqı müqaviləsi etibarsız hesab edilsin, çıxarış ləğv olunsun və mənzillər boşaldılaraq təhvil verilsin.
Aprelin 15-də Yasamal Rayon Məhkəməsində hakim Fərid Əyyubovun sədrliyi ilə məhkəmə prosesinin hazırlıq iclası keçiriləcək.
Qeyd edək ki, A.Qaraşov keçən il eyni səbəbə görə məhkəməyə müraciət etmişdi.