Sabiq prorektorun biznesmen oğlu hakim qarşısına çıxarılırbackend

Sabiq prorektorun biznesmen oğlu hakim qarşısına çıxarılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dələduzluqda təqsirli bilinən “Mars-M” firmasının rəhbəri Bəşirov Mərhəmət Bəşir oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Azad Məcidovun icraatına verilib.

Qeyd edək ki, Mərhəmət Bəşirovun rəhbəri olduğu firma Bakıda hündürmərtəbəli binaların tikintisi ilə məşğul olub. Atası Bəşir Bəşirov Texniki Universitetinin prorektoru vəzifəsində işləyib.

M. Bəşirova bundan əvvəldə qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə maddəsi üzrə cinayət işi başlanmışdı.