Tribuna İnformasiya Agentliyi

Sabiq MTN polkovniki 8 il müddətinə azadlıqdan məhrum edilib

13 Aprel

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nicat Əliyev, Anar İsmayılov, Ceyhun İbayev, Vüqar Əsədov və Vüqar Güləliyevin cinayət işi üzrə bu məhkəmə iclası başa çatıb

Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Vüqar Güləli 8 il, Ceyhun İbayev 6 il 6 ay, Vüqar Əsədov 6 il 6 ay, Nicat Əliyev 6 il 6 ay və Anar İsmayılov 2 il müddətinə azadlıqdan məhrum edilib.
Digər təqsirləndirilən Ceyhun İbayev məhkəmə zalında həbs edilib.
Ev dustaqlığında ola Vüqar Əsədov, Anar İsmayılovun barəsində isə şərti cəza seçilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər zərərçəkmiş Səriyyə Tahirovanın həyat yoldaşını həbsdən azad edəcəklərini deyərək, qadının 147 min manat pulunu dələduzluq yolu ilə ələ keçiriblər.
İş üzrə bir nəşə zərərçəkmiş şəxs tanınıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
Xatırladaq ki, V.Güləliyev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq polkovniki olub.