Sabiq deputat : “Azərbaycanda əsas obyektlər məmur sahibkarlığına məxsusdur”backend

Sabiq deputat : “Azərbaycanda əsas obyektlər məmur sahibkarlığına məxsusdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qiymətlərin normal olması üçün bazar iqtisadiyyatında tələb və təklif stimullaşdırılmalı, qanunlar normallaşdırılmalıdır. Bunun üçün də rəqabətli iqtisadiyyat olmalıdır. Çox təəssüf edirəm ki, Azərbaycanda məmur sahibkarlığı var”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında sabiq deputat Nazim Baydəmirli deyib. Ekspert qeyd edib ki, bölgələrdə daxili turizm baxımından əsas obyektlər məmur sahibkarlığına məxsusdur:

“İcra başçıları da başda olmaqla, digər inzibati orqanların rəhbərləri dövlət vəzifələrində oturub, öz şəxsi bizneslərini idarə edirlər. Yəni, biznes fəaliyyəti ilə məşğuldurlar. Bu dəfələrlə isbat olunub. Müxtəlif rayon icra başçıları tutulduqdan və ya digər məmurlar həbs olunduqdan sonra onların obyektləri haqqında məlumatlar mətbuatda yayılıb.

Görünür ki, onlar ancaq biznes fəaliyyəti ilə məşğuldurlar, bu indi də belədir. Bu baxımdan hər hansı dövlət qurumunun fəaliyyətinə qiymət verilərkən mövcud şəraiti bilmək lazımdır. Çox təəssüf ki, Azərbaycanda ümumi problem heç də dediyim kimi bazar və sahibkarlıqla deyil. Bu dövlət idarəçiliyi ilə bağlıdır. Bu nəzarətsiz idarəçilik vəziyyətin bu cür cərəyan etməsinə şərait yaradır”.