Sabiq baş nazir və həyat yoldaşı barəsində həbs qərarı verildibackend

Sabiq baş nazir və həyat yoldaşı barəsində həbs qərarı verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Fransanın keçmiş baş naziri François Fillon və həyat yoldaşı barəsində hökm çıxarılıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Paris Ədliyyə Məhkəməsinin qərarı ilə dövlət vəsaitlərinin su-istifadəsində əlbir olmaq və fırıldaqçılıqda ittiham olunan sabiq baş nazirə 5 il həbs və 375 min avro pul cəzası verilib. Məhkəmə onu arvadına və uşaqlarına dövlət büdcəsindən pul ödəmək, dövlət vəsaitini mənimsəmək və saxtakarlıqda günahkar bilib. Bundan başqa o, 10 il siyasi fəaliyyətdən uzaqlaşdırılıb.

 

Keçmiş baş nazirin həyat yoldaşı Penelope Fillon isə 3 il həbs və 375 min avro pul cəzasına məhkum edilib. Məhkəmə eyni cinayət işində mühakimə edilən Fillonun köməkçisi Mark Julud barəsində isə 3 il həbs və 20 min avro pul cəzası hökmü çıxarıb. Həmçinin cütlüyün mənimsədiyi 1 milyon avro dövlət vəsaitinin geri alınmasına da qərar verilib.
Fillonların vəkili Antonin Levi isə hökmdən apelyasiya şikayəti verəcəklərini və qərarın ədalətli olmadığını bildirib.
Qeyd edək ki, Françoiz Fillon 2002-2007-ci illərdə, Nikola Sarkozinin dövründə baş nazir olub. Fillon 2017-ci il prezident seçkilərindən ən uyğun namizəd olaraq irəli sürülərkən, həyat yoldaşının 8 il boyunca parlamentdə heç bir iş görmədən məsləhətçi olaraq 900 min avro maaş aldığı iddia edilmişdi. Sabiq baş nazir isə hər zamanı ittihamları rədd etmişdi.