Sabahın HAVAsıbackend

Sabahın HAVAsı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasındahava şəraiti yağmursuz keçəcək. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 24-26, gündüz 31-36, Bakıda gecə 24-26, gündüz 33-35 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 751 mm civə sütunundan 754 mm civə sütünuna yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək.
Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 27-28, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 28-29 dərəcə isti təşkil edəcək.
Şimal-qərb küləyinin güclənməsi ilə əlaqədar çimərliklərdə ehtiyatlı olmağı tövsiyə edirik.
İyulun 06-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi dağ çaylarında sululuğun artacağı, qısamüddətli daşqın keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 21-26, gündüz 35-40, dağlarda gecə 16-21, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.
İyulun 06-da Abşeron yarımadasında arabir güclənən xəzri küləyi ilə əlaqədar temperaturun bir qədər aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.