Sabahın havası: Qar yağacaq, yollar buz bağlayacaqbackend

Sabahın havası: Qar yağacaq, yollar buz bağlayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Fevralın 11-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departametindən TİA.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə az qar yağacağı, gündüz dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.
Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 0-4° şaxta, gündüz 2-5° isti, Bakıda gecə 1-3° şaxta, gündüz 2-4° isti olacaq.
Azərbaycanın rayonlarında hava yağmursuz olacaq, lakin gecə və səhər bəzi cənub rayonlarında qar yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° şaxta, gündüz  2-7° isti, dağlarda gecə 13-18° şaxta, gündüz 1-6° şaxta olacaq. Yollar buz bağlayacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, fevralın 11-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin günün  ikinci yarısında mülayim gilavar küləyi ilə əvəz olunacağı və nisbətən soyuq temperatur diskomfortu gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.