Sabahın hava proqnozu açıqlandı – Yağış yağacağı ehtimalı varbackend

Sabahın hava proqnozu açıqlandı – Yağış yağacağı ehtimalı var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Oktyabrın 03-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən TİA.AZ-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-14° isti, gündüz 19-21° isti olacaq. Bakıda gecə 12-14° isti, gündüz 19-21° isti olacaq.
Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Axşam bəzi yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16° isti, gündüz 18-22° isti, dağlarda gecə 1-6° isti, gündüz 6-10° isti olacaq.
Oktyabrın 3-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.