Sabahın hava proqnozu açıqlandıbackend

Sabahın hava proqnozu açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakıda və Abşeron yarımadasında avqustun 31-də hava yağmursuz olacaq.
Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-37° isti, Bakıda gecə 22-24° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 25-30 % olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-22° isti, gündüz 35-39° isti, dağlarda gecə 11-16° isti, gündüz 23-28° isti olacaq.