Sabahın hava proqnozubackend

Sabahın hava proqnozu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Dekabrın 16-a gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən TİA.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz şimal küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 6-8° isti, gündüz 9-12° isti, Bakıda gecə 6-8° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 65-75 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin axşama doğru bəzi qərb rayonlarında az yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2-7° isti, gündüz 9-14° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 0-5° isti olacaq.