Sabahdan uşaq bağçaları açılırbackend

Sabahdan uşaq bağçaları açılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabahdan, sentyabrın 15-dən Azərbaycanda dövlət və özəl uşaq bağçaları fəaliyyətini bərpa edir.

TİA.az xəbər verir ki, lakin bu qərar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundakı təlim-tərbiyyə müəssisələrinə aid deyil.

Baş Nazir Əli Əsədovun “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” qərarda etdiyi dəyişikliyə görə, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundakı dövlət və özəl uşaq bağçaları oktyabrın 1-də açılacaq.

Bu, adıçəkilən iki şəhər və bir rayonda əhalinin sayı və sıxlığının daha yüksək olması, bağçalarda müvafiq hazırlıq işlərinin görülməsi, dezinfeksiya işlərinin aparılması üçün daha uzun müddətin tələb olunması ilə əlaqəlidir.

Eyni zamanda, bu müddətdə bağça tərbiyəçiləri və texniki işçilər bağçaların yeni qaydalarla açılması və idarə edilməsinə dair təlimatlandırılıbq, oyun, yataq və digər otaqlar xüsusi qaydalarla təşkil olunub. Uşaq bağçalarının açılması zamanı müvafiq sanitar-gigiyenik qaydaların təmin edilməsi vacib şərtdir.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən bu ilin mart ayının 3-də ölkə ərazisindəki bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyyə prosesi dayandırılmışdı.