Sabah yağış yağacaqbackend

Sabah yağış yağacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 23-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 18-20,  gündüz  21-24, Bakıda  gecə 18-20, gündüz 21-23 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi normadan aşağı 754 mm civə sütunundan 758 mm  civə sütununa  yüksələcək,  nisbi rütubət 70-80 faiz olacaq.

Abşeron çimərliklərində güclü şimal-qərb  küləyi əsəcək, axşam mülayimləşəcək.

Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti təşkil edəcək.

23 avqustda Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı,  ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi  gözlənilir. Ayrı-ayrı yerlərdə arabir güclü qərb küləyi əsəcək.

Havanın temperaturu  gecə 17-20, gündüz 22-26, dağlarda gecə 4-7, gündüz  7-11  dərəcə  isti olacaaq.