“Sabah saat 17-dək möveqləri Azərbaycana verməliyik” – Qafan meri xəbəri təsdiqlədibackend

“Sabah saat 17-dək möveqləri Azərbaycana verməliyik” – Qafan meri xəbəri təsdiqlədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabah saat 17:00-dək Qafan ətrafındakı əlverişli yüksəklikləri azərbaycanlılara veriləcək.

Cebhe.info xəbər verir ki, bu barədə yayılan məlumatı şəhər meri Gevorq Parsyan “Aysor.am”-a təsdiqləyib.

Mer bildirib ki, informasiya doğrudur: “Bu, bizim üçün qəmli göstərişdir. Sabah saat 17:00-dək bütün əlverişli mövqlərdən geri çəkilməliyik. Bu mövqeləri biz 9 noyabradək tutmuşuq. Bu, Qafanın təhlükəsizliyi üçün idi. Ümumi sərhədə doğru geri çəkilməliyik”.

Mer onu da bildirib ki, şəhərdə indi gərginlik hiss olunur, sakinlər etiraz aksiyası keçirir: “Bizimlə sərhəd Zəngilandır, Qorislə isə Qubadlı. Bəyanatda nə Zəngilan, nə Qubadlı barədə söz var”.