Sabah qar yağacaqbackend

Sabah qar yağacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, axşam bəzi yerlərdə sulu qara keçəcəyi ehtimalı var.
Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 4-6° isti, Bakıda gecə 1-3° isti, gündüz 4-6° isti olacaq.
Atmosfer təzyiqi 762 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-8° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz 2-6° isti olacaq.