Sabah hava necə olacaq?backend

Sabah hava necə olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə sentyabrın 20-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 18-20, gündüz  22-24, Bakıda gecə 18-20, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 40-45 faiz  olacaq. Sentyabrın 20-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi,  lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu  gecə 17-21, gündüz 25-29, dağlarda gecə 10-15, gündüz  17-21 dərəcə  isti olacaq.