Sabah Bakıda hava mülayim olacaqbackend

Sabah Bakıda hava mülayim olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi axşam şimal küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən TİA.AZ  verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17, gündüz 20-24, Bakıda gecə 15-17, gündüz 22-24 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17, gündüz 20-25, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti təşkil edəcək.