Sabah Bakıda hava dəyişkən buludlu və küləkli olacaqbackend

Sabah Bakıda hava dəyişkən buludlu və küləkli olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 16-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz zəif şimal-şərq küləyi ilə əvəz olunacaq.

Milli Hidrometeorologiya Xidmətindən TİA.AZ-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 20-22,  gündüz  27-29, Bakıda  gecə 20-22, gündüz  27-29 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi norma daxilində 759 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45  faiz təşkil edəcək.
Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək, gündüz zəif şimal-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti olacaq.

16 avqustda Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.  Səhər dağlarda duman olacaq.  Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə

18-23, gündüz 28-32, dağlarda gecə 9-13, gündüz  14-18 dərəcə  isti olacaq.